Reklam
Reklam

Все словари

travmatologiya [travmatalogiya] isim yun. trauma, traumatos – yara, zədə + ...logiya

Tibb. Təbabətin xarici təsirin (mexaniki, kimyəvi və s.) zədələdiyi orqan və toxumaların müalicə və profilaktikası ilə məşğul olan sahəsi. □ Travmatologiya İnstitutu.

Azərbaycan dilinin izahlı lüğəti

trend [trent] isim ing. trend – yüksəliş, tərəqqi

Nəyinsə inkişafının əsas istiqaməti, yönümü, tendensiya; siyasi, iqtisadi inkişafda statistik metodlarla aşkar olunan əsas istiqamət və meyillər. □ İqtisadi trend.

Azərbaycan dilinin izahlı lüğəti

treninq [trenink'] isim ing. training < train – öyrətmək, tərbiyə etmək

Qısamüddətli təlim; müəyyən sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan seminar. □ Jurnalistlər üçün treninq.

Azərbaycan dilinin izahlı lüğəti

tribuna [tribuna] isim lat. tribunus hərf. üçlüyün rəhbəri

1. Mühazirə və ya nitq söyləmək üçün xüsusi yer; xitabət kürsüsü. □ Tribunaya söykənmək.

2. Stadionlarda, meydançalarda tamaşaçılar və ya parad qəbul edənlər və b. üçün düzəldilmiş hündür sıralı yerlər. □ Mərkəzi tribuna.

3. Məcazi mənada: siyasətçilərin, vətəndaş cəmiyyəti fəallarının, publisistlərin və b.-nın ictimai fəaliyyətlərinin həyata keçirildiyi yer, meydan, şərait, mühit. □ Gənclərə tribuna vermək.

Azərbaycan dilinin izahlı lüğəti

tribunal [tribunal] isim lat. tribunal – divanxana, Qədim Romada yüksəkvəzifəli şəxslərin (məs.: konsullar və b.) xidməti vəzifələrini yerinə yetirərkən oturduqları hündür yer, təpə

1. Hərbi. Hüquq. Hərbi və çox ağır mülki cinayət işlərinə baxan fövqəladə məhkəmə orqanı. □ Hərbi tribunal.

2. Hərbi. Hüquq. Bu orqanın məhkəmə heyəti, kollegiya hakimləri. □ Tribunalın hökmü.

Azərbaycan dilinin izahlı lüğəti

truppa [trupba] isim fr. troupe – insan yığnağı

Teatr və ya sirk aktyorları kollektivi, dəstəsi. □ Teatr truppası.

Azərbaycan dilinin izahlı lüğəti

turne [turne] isim fr. tourner – dönmək, dairəni fırlanmaq

Siyasət, idman, sənət adamlarının müəyyən marşrut üzrə işgüzar səyahəti. □ Siyasət və ya sənət adamlarının bir bölgədə bir neçə məntəqədə dayanmaqla uzunmüddətli səfəri də turne adlanır.

Azərbaycan dilinin izahlı lüğəti

tvitter [tvitder] isim ing. twitter – quş civiltisi, cikkildəmək

İnternetdə populyar sosial şəbəkələrdən biri. □ 2006-cı ildə yaradılmış tvitterin milyonlarla istifadəçisi var.

Azərbaycan dilinin izahlı lüğəti