Cəmiyyətdə, onun ayrı-ayrı sferalarında (mədəniyyət, iqtisadiyyat, siyasət və s.), eləcə də fərdi fəaliyyətdə özünü göstərən proseslərin ümumi istiqaməti; yönəlmə, meyil, təmayül. □ Siyasi tendensiya.
Həmçinin bax:
1. Hər hansı məhsulun istehsalı və ya xidmətin göstərilməsi üçün iddiaçılar arasında keçirilən müsabiqə forması. □ Tenderin əsas məqsədi ən yüksək keyfiyyət göstəricisi və ən aşağı qiymət təklif edən iddiaçını müəyyənləşdirməkdir.
2. Nəqliyyat. Paravozun su, yanacaq saxlanılan hissəsi.
3. Nəqliyyat. Birdorlu kiçik yelkənli gəmi.
Azərbaycan dilinin izahlı lüğəti1. Nəqliyyat. Yük-nəqliyyat sistemində yüklərin boşaldılması üçün yer, anbar. □ Neft terminalı.
2. İnformatika. Hesablama sisteminin tərkibində informasiyanın daxil edilməsi və çıxarılması üçün qurğu. □ Kompüter terminalı.
Həmçinin bax:
1. Uzun siqnal xəttinin sonunda impulsların udulmasını təmin edən qurğu; ötürücü, keçirici. □ Terminatora qoşmaq.
2. Fantastik filmlərdə hədəfi məhv etmək üçün nəzərdə tutulmuş robot. □ Amerika aktyoru A.Şvarsnegerin eyniadlı filmdə yaratdığı Terminator obrazından sonra bu anlayış populyarlaşmışdır.
Azərbaycan dilinin izahlı lüğəti1. Psixologiyada tədqiqat metodu; şəxsin psixoloji və intellektual keyfiyyətlərini müəyyən etməyə imkan verən standart tapşırıqlar. □ Psixoloji test.
2. Ali və orta məktəblərdə (imtahan və tədris prosesində) tətbiq edilən qiymətləndirmə üsulu. □ Test sualları, adətən, biri düzgün olan cavab variantları ilə müşayiət edilir.
3. EHM-də maşının düzgün işləməsini yoxlamaq üçün cavabı bəlli olan tapşırıq. □ Test yoxlaması.
Həmçinin bax:
1. Geniş mülahizənin qısa ifadəsi. □ Adətən, konfrans materialları iştirakçıların əvvəlcədən tanış olmaları üçün tezis formasında çap edilir.
2. Məntiqdə: doğruluğu sübut edilməli olan müddəa. □ Tezis irəli sürmək. Öz tezisini müdafiə etmək.
Azərbaycan dilinin izahlı lüğəti