1. Eşq yetirmək, aşiq olmaq. □ Səni sevən çox bəlaya tuş olur; Əql gedir başdan, fəramuş olur. (M.P.Vaqif).
2. Qəlbən bağlı olmaq, sadiq olmaq. □ Vətənini sevmək. Ailəsini sevmək.
3. Əzizləmək, oxşamaq, riqqət göstərmək. □ Həqiqət ər və arvad Bahadıra nəinki bir eyib tapmırdılar, hətta onu sevirdilər. (N.Nərimanov).
4. Bir şeyin aludəsi olmaq, ona hədsiz maraq göstərmək, meyli olmaq, çox istəmək, xoşlamaq. □ Mütaliəni sevmək. Əl işlərini sevmək.
1. İlahiyyat. Məhəmməd peyğəmbərin nəslindən olan müsəlmanların fəxri titulu. □ Hər vilayətdə var beş-on qəsəbə; Əlli min seyyidü axund, tələbə. (S.Ə.Şirvani).
2. İlahiyyat. Ləqəb kimi seyidlərin adlarından əvvəl deyilir. □ Bir əlli-altmış il bundan əqdəm iki nəfər kukəmərli seyid – biri Seyid Əhməd və biri Seyid Səməd Qafqaza varid olurlar. (Ə.Haqverdiyev).
Həmçinin bax: