1. Müxtəlif seçkili orqanların və kollegial idarələrin vaxtaşırı keçirilən iclasları, habelə bu iclaslar dövrü.
2. Ali və orta ixtisas məktəblərində müəyyən vaxtlarda keçilən imtahanlar, habelə həmin imtahanlar dövrü. □ İmtahan sessiyası. Qış sessiyası.
1. Sevgi, məhəbbət, eşq. □ Eşq sevdasına heç kəs pis deməz; Məhəbbət yolundan ayaq kəs, deməz. (M.P.Vaqif).
2. Arzu, həvəs, şiddətli meyil. □ Mənə hökm eyləmişdi bir xülya; Atəşin şövq, odlu bir sevda. (A.Səhhət).
Həmçinin bax:
Sevməyə məcbur etmək, istətmək; nə yolla olur olsun bir şeyi başqasına istətməyə, bəyəndirməyə çalışmaq, birinin istəyini qazanmağa çalışmaq. □ Bir qadın gözəlliyi, mərifəti və özünü sevdirməyi bacarırsa, ona bağlanmaq mümkündür. (M.S.Ordubadi).
Azərbaycan dilinin izahlı lüğəti