1. Satın almaq – pulla almaq. □ Taxılı çəki ilə satın almaq.
2. Məcazi mənada: satın almaq - pulla, rüşvətlə əldə etmək, öztərəfinə çəkmək, öz iradəsinə tabe etmək. □ Siz məni pulla satın almaq istəyirsiniz? (C.Cabbarlı).
Həmçinin bax:
1. Satmaq işi, satma, satım.
2. Satış üçün qoyulmuş, ayrılmış, satılmaq üçün olan, satılan. □ Satışda olan malları gözdən keçirmək.
3. Satılma. □ Bütün yol uzunu mənim dostum neft istehsal edilməsindən, satışından və bir də öz iki mühəndisindən danışırdı. (B.Talıblı).
Həmçinin bax:
1. Cəmiyyətdəki mənfilikləri, eybəcərlikləri gülməli və kəskin şəkildə ifşa və təsvir edən bədii əsər. □ C.Məmmədquluzadənin satiraları.
2. İfşaedici, acı, öldürücü gülüş. □ “Molla Nəsrəddin”in gülüşü kəskin bir gülüş, öldürücü bir satira idi. (M.İbrahimov).
Həmçinin bax:
1. Özünü, öz əqidəsini, məsləkini, heysiyyətini pula satan; şərəfsiz,alçaq, rəzil, xain, namərd. □ Bəndalı Mərəzədə satqın bir qarının evində necə gecələməli olduğunu anasına danışdı. (Mir Cəlal).
2. İsim kimi: özünü, öz əqidəsini, məsləkini, heysiyyətini pula satan; şərəfsiz, alçaq, rəzil, xain, namərd adam. □ Niyə qara yaxır bu satqın bizə. (B.Vahabzadə).
Azərbaycan dilinin izahlı lüğəti