1. Kişilərin üzündə və alt çənələrinin üstündə bitən tüklər. □ Uzun saqqal. Saqqal qoymaq.
2. Bəzi heyvanların və quşların çənəsinin altından sallanan tük topası. □ Keçi saqqalı.
Həmçinin bax:
Saqqızağacından sızıb çıxan, çəkildikcə uzanmaq xassəsinəmalik olan ağ kitrə (adətən ağızda çeynənmək üçün istifadə edilir). □ Səriyyə xanım ... ağzındakı saqqızını yavaş-yavaş çeynəyirdi. (M.S.Ordubadi).
Həmçinin bax:
Botanika. Püstə cinsindən olub meşə zolaqlarında becərilən, oduncağı möhkəm, həm də qiymətli sayılan hündür ağac; yabanı püstə. □ Püstə cinsindən olan saqqızağacı da meşə zolaqlarında becərilmək üçün geniş istifadə oluna bilər. (H.Qədirov).
Azərbaycan dilinin izahlı lüğəti1. Plitə şəklində iri, bütöv yastı daş parçası. □ Həyətinə sal daşı döşənmiş ev iki kəllə, bir orta otaqdan ibarətdir. (Ə.Vəliyev).
2. Sifət kimi: iri, bütöv. □ Sal buz.
3. Sifət kimi: lay, təbəqə şəklində olan. □ Bu zaman göy qübbəsi sal dəmirə dönür. (S.Rəhimov).
4. Üzərində suda üzmək, şey daşımaq və ya bir sahildən o biri sahilə keçmək üçün bir və ya bir neçə sıra bir-birinə bağlanmış albanlardan ibarət nəqliyyat vasitəsi. □ Salın üstündəkilərdən kim isə su üzərindəki səyahətdən nəşələnərək bir ağız bayatı çağırdı. (Ə.Sadıq).