1. Dilçilik. Hava axınının ağız boşluğundan heç bir maneəyə rast gəlmədən keçməsi yolu ilə əmələ gələn (səslər haqqında). □ Sait səslər. Azərbaycan dilində 9 sait səs var.
2. Dilçilik. İsim kimi: bu vasitə ilə əmələ gələn səs. □ Azərbaycan dilinin saitləri.
1. Bir yerdə yurd salıb yaşayan, həmin yerin əhalisindən olan; oturan, oturucu; yaşayan, yerləşən. □ Mingəçevir şəhərinin sakinləri. Yeni qəsəbənin sakinləri. Binanın sakinləri. Mehmanxananın sakinləri.
2. Sakit, səssiz, hərəkətsiz. □ Sakin küçələr geniş göründü, əsir şəhər hürr və məsrur idi. (Y.V.Çəmənzəminli).
3. Ərəb əlifbasında hərəkəsiz, hərəkəsi olmayan, hərəkə ilə oxunmayan. □ Sakin hərf.
Azərbaycan dilinin izahlı lüğəti1. Bərkdən səslənməyən, yaxşı eşidilə bilməyən, asta, yavaş (gur,uca ziddi). □ Sakit səs. Sakit danışıq.
2. Davasız, qalmaqalsız, qışqırıqsız, səs-küysüz, həyəcansız. □ İşi sakit aparmaq. Sakit danışmaq. Məsələni sakit həll etmək.
3. Susmuş, sükut içində olan, sükuta batmış; hərəkətsiz, səssiz-səmirsiz, hay-küysüz, sükunət içində olan. □ Sakit gecə. Sakit səhra. Sakit şəhər. Sakit küçə.
4. Rahat, həyəcansız, iztirabsız, qayğısız, aram. □ Sakit həyat. Sakit iş. Sakit günlər keçirmək. Həyatının ən sakitçağlarında.
5. Dinc, əziyyət verməyən. □ Sakit körpə. Çox sakit uşaqdır.
6. Mülayim, həlim, yumşaqxasiyyətli. □ Sakit baxışlı qara gözlərindən azərbaycanlı olduğu məlumdu. (Ə.Əbülhəsən).
7. Soyuqqanlı, soyuqqanlılıqla, əsəbiləşmədən. □ Poladzadə sakit qulaq asa bilmir, ürəyindən qara qanlar axırdı. (Ə.Vəliyev).
8. Dinc, rahat, arxayın, həyəcansız. □ Qəhrəman bir qədər sakit idi. (H.Nəzərli).
Həmçinin bax: