Reklam
Reklam

Все словари

sağ1 [sağ] sifət

1. Diri, canlı, ölməmiş, salamat. □ Atası hələ sağdır. Sağ qalsaq görərik. 
2. Sağlam; salamat, zədəsiz. □ Nə birincin, əgər nə yağın var; Şükr qıl, sağ əlin, ayağın var. (S.Ə.Şirvani). 
3. Məcazi mənada: saf, xalis, bütöv, düz. □ Neçə ildə bizə bir sağ söz deyib şərt kəsmədin ki, ... mən də arxayın olam. (İ.Hüseynov).

sağ2 [sağ] sifət

1. Bədənin sol tərəfinin əksi olan hissəsində yerləşən; sol qola müqabil olan qol tərəfdə yerləşmiş. □ Sağ ayaq. Sağ göz.
2. Üzü cərəyana tərəf durduqda həmin səmtə uyğun gələn. □ Çayın sağ sahili. Arazın sağ kənarında.
3. Siyasi və ictimai həyatda qabaqcıl cərəyanlara düşmən olan; mürtəce, mühafizəkar.
4. Hər hansı burjua partiyası üzvlərinin, yaxud siyasi, fəlsəfi cərəyan nümayəndələrinin əsas kütləsinə nisbətən daha mürtəce, daha mühafizəkar görüşləri müdafiə edən. □ Sağ leyboristlər. Sağ sosialistlər (bu məna parlament salonunda mürtəce partiyaların üzvlərinin sədrdən sağ tərəfdə oturması ənənəsindən gəlmişdir). Sağ partiyalar.
5. İsim kimi: sağlar. □ Sağlara meyil edən qruplar. 

Həmçinin bax:

frazeologizm: sağ cana həsrət qalmaq frazeologizm: sağ əl frazeologizm: sağ əlim başına frazeologizm: sağ əliylə sol qulağını qaşımaq (göstərmək) frazeologizm: sağ qulağından alıb sol qulağından vermək (ötürmək) Azərbaycan dilinin izahlı lüğəti