1. Mürəkkəb olmayan, çətin olmayan, asan həll olunan, bəsit, asan. □ Sadə məsələ. Sadə iş.
2. Tərkibcə bəsit olan, qatışığı olmayan, mürəkkəb olmayan. □ Sadə cisim. Sadə mexanizm.
3. Təbii, adi, təmtəraqsız, sünilikdən uzaq, hamının başa düşəcəyi şəkildə, populyar. □ Sadə danışıq. Kitab sadə dildə yazılmışdır.
4. Heç bir şeylə başqalarından fərqlənməyən, ən adi, bəzək-düzəksiz, zinətsiz. □ Sadə geyim. Sadə şey. Sadə yemək.
5. Heç bir imtiyazı olmayan, adi, hamı kimi. □ Sadə fəhlə. Sadə müəllim babadır.
6. Cəmiyyətin zəhmətkeş hissəsinə mənsub olan; əməkçi, zəhmətkeş. □ Dünyanın sadə adamları.
7. Məcazi mənada: ürəyiaçıq, sadədil, sadəqəlbli, biclik bilməyən, tezinanan. □ Çox sadə adamdır, hər şeyə inanır.
1. Sadə şəklə salmaq, bəsitləşdirmək, asanlaşdırmaq. Sxemisadələşdirmək. □ Maşının konstruksiyasını sadələşdirmək. Orfoqrafiyanı sadələşdirmək.
2. Məcazi mənada: bəsitləşdirmək, bayağılaşdırmaq,məzmunsuzlaşdırmaq, dayazlaşdırmaq, lorulaşdırmaq. □ Hadisələrin mənasını sadələşdirmək.
1. Sadə şeyin halı, bəsitlik. □ Layihənin sadəliyi.
2. Məcazi mənada: sadədillik, safürəklilik, düzürəklilik, hiyləbilməzlik, avamlıq dərəcəsinə çatan sadəlövhlük. □ Xasay öz sadəliyinə istehza ilə güldü. (M.Hüseyn).
3. Hərəkətində, davranışında adilik, təbiilik, sünilikdən uzaqlıq;təvazökarlıq. □ Əvvəl gözəllərdə gərəkdir çağlıq; Ondan sonra ola sadəlik, ağlıq. (M.P.Vaqif).
1. Ürəyi sadə, ürəyi təmiz, hiyləbilməz; sadəqəlbli, safürəkli; avam, hər şeyə inanan, yazıq. □ Məryəm on iki yaşında, qırmızıyanaq, sadəlövh bir qız idi. (Y.V.Çəmənzəminli).
2. Zərf kimi: avamcasına, çox sadə. □ Dostunun sualı Cəmilə çox sadəlövh göründü. (M.Hüseyn).