Sürətli kinoçəkiliş; saniyədə yüz və minlərlə tezlikli kadr çəkilişi; bəzən yavaşıdılmış hərəkət effekti yaradan çəkiliş üsulu. Bu effekti həm kamera ilə çəkiliş anında, həm də montaj zamanı yaratmaq mümkündür. □ Rapid çəkilişlər.
Azərbaycan dilinin izahlı lüğəti1. Hər hansı şəxs, iş və fəaliyyətlə bağlı zəruri olan əvvəlki bilgi və ya sənəd. □ Kimdənsə referans almaq.
2. Dizayn və rəssamlıqda rəssamın ideyanı gerçəkləşdirmək üçün aldığı əlavə təsvir, foto və s.
R., adətən, ölçüləri, cizgiləri və s. dəqiqləşdirmək üçün lazım olur. □ Referansdan istifadə.
Azərbaycan dilinin izahlı lüğəti1. Fərqləndirmə nişanları; monarxiya hakimiyyətinə məxsus zahiri nişanlar (taxt-tac, səltənət, möhtəşəmlik, çar geyimi və s.). □ Monarxın reqaliyası.
2. Keçmişdə Avropa ölkələrində dövlət başçılarının vergi almaq üçün xüsusi hüquq və imtiyazları. □ Reqaliyadan sui-istifadə.
Azərbaycan dilinin izahlı lüğətiAmerika zəncilərinin şəhər məişət-rəqs musiqi forması.
Cazın “sələflərindən” biri olan R.-ın xarakterik cəhəti melodiyada bir-birinə uyğun olmayan iki ritmin “döyünməsidir”. Sonradan amerikalıların salon və bal rəqsinə çevrilmişdir. □ Reqtaym rəqsi.
Azərbaycan dilinin izahlı lüğətiHər hansı sistemdə itirilmiş müvazinətin tədricən bərpa olunması prosesi, gərginliyin aradan qaldırılması; bəzi cərrahiyyə əməliyyatları zamanı əzələlərin süni şəkildə yumşaldılması və tonusu aşağı salmaqla psixi gərginliyin çıxarılması. □ Əzələ relaksasiyası.
Azərbaycan dilinin izahlı lüğəti