Reklam
Reklam

Все словари

rurbanizasiya [rurbanizasiya] isim ingilis/latın

Coğrafiya. Şəhər həyat şəraiti və tərzinin kənddə yayılması.

Azərbaycan dilinin izahlı lüğəti

rift [rift] isim ingilis

Geologiya. Yer qabığında çatabənzər uzun (yüz və min km-lərlə) xətti çökəklik, tektonik struktur.

Azərbaycan dilinin izahlı lüğəti

rif [rif] isim alman

Coğrafiya. Dənizin dayaz sahələrində sualtı və ya üzə çıxmış təpələr.

Həmçinin bax:

coğrafiya: sədd rifi Azərbaycan dilinin izahlı lüğəti

rezervat [rezervat] isim

Coğrafiya. Qoruq və ya yasaqlıq rejiminə malik, xüsusi mühafizə edilən təbii ərazi.

Azərbaycan dilinin izahlı lüğəti

rekultivasiya [rek'ultivasiya] isim latın

Ekologiya. Texnogen təsir nəticəsində məhsuldarlığı azalmış torpaqların, dağılmış relyefin və təbiətin bitki örtüyünün süni surətdə bərpa edilməsi üzrə tədbirlər kompleksi.

Həmçinin bax:

coğrafiya: rekultivasiya üsulları coğrafiya: torpağın rekultivasiyası Azərbaycan dilinin izahlı lüğəti

rekreasiya [rek'riyasiya] isim latın

Turizm. Təbiət qoynunda dincəlməklə, yaxud maraqlı yerlərə turist səfərləri təşkil etməklə sağlamlığın, iş qabiliyyətinin bərpası forması, istirahət üsulu.

Həmçinin bax:

coğrafiya: rekreasiya coğrafiyası coğrafiya: rekreasiya zonası Azərbaycan dilinin izahlı lüğəti

reimmiqrasiya [reimmiqrasiya] isim latın

Coğrafiya. Daimi yaşayış üçün gəlmiş xaricilərin ölkədən çıxıb getməsi.

Azərbaycan dilinin izahlı lüğəti

reemiqrasiya [reemiqrasiya] isim latın

Coğrafiya. Emiqrantların vətəndaşları olduqları, daimi yaşadıqları, yaxud doğulduqları ölkəyə qayıtması.

Azərbaycan dilinin izahlı lüğəti

reeksport [reek'sport] isim latın

İqtisadiyyat. Ölkəyə daxil olmuş (import edilmiş) malların başqa ölkələrə ixrac edilməsi; təkrar ixrac.

Azərbaycan dilinin izahlı lüğəti

rapa [rapa] isim ukrayna

Coğrafiya. Göl, körfəz və limanların çox duzlu suyu, təbii duz məhlulu.

Azərbaycan dilinin izahlı lüğəti

radioteodolit [radiyotiyadolit] isim

Coğrafiya. Radiozondun və ya pilot şarın istiqamətini müəyyən etmək üçün radioötürücü ilə təchiz olunmuş cihaz.

Azərbaycan dilinin izahlı lüğəti

radiometeorologiya [radiyometiyaralogiya] isim latın/yunan

Coğrafiya. Meteoroloji tədqiqatlar üçün radiotexniki vasitələrdən istifadə edən, həmçinin meteoroloji faktorların radiodalğaların yayılmasına təsirini öyrənən elm sahəsi.

Azərbaycan dilinin izahlı lüğəti

radiogeologiya [radiyogealogiya] isim

Geologiya. Geologiyanın Yer maddəsində təbii nüvə çevrilmələri qanunauyğunluqlarını və onların geoloji proseslərdə təzahürünü öyrənən sahəsi; nüvə geologiyası.

Azərbaycan dilinin izahlı lüğəti

rapakivi [rapakivi] isim fin

Geologiya. Biotit, yaxud hornblend-biotit tərkibli porfirəbənzər quruluşlu qranit.

Azərbaycan dilinin izahlı lüğəti