1. Arxaizm. Avropanın bəzi ölkələrində incə şəkildə əyilərək salamlamaq, ehtiram ifadə etmək; təşəkkür, görüş və ya xudahafizləşmək jesti. □ Reverans etmək.
2. Məcazi mənada: kiməsə güzəştə getmək, ünvanına yaltaqcasına tərif söyləmək. □ Gülüş doğuran reverans.
Azərbaycan dilinin izahlı lüğəti1. Sənədlərin və əmlakın qeydiyyat kitabı. □ Reyestrdən çıxarış.
2. Hüquqi və fiziki şəxslərin müvafiq orqanlarda qeydiyyata alınması. □ Dövlət reyestri.
Həmçinin bax:
1. İmperialist dövlətlərin protektoratda (himayələri altında olan ölkədə) əslində oranın hakimi olan nümayəndəsi.
2. Səfirdən bir rütbə aşağı olan diplomatik nümayəndə.
3. Bir ölkə kəşfiyyatının başqa xarici ölkədə fəaliyyət göstərən agenti. □ Rezidentin məlumatı.
4. Ölkədə daimi yaşayış yeri, həmçinin hüquqi qeydiyyatı olan əcnəbi. □ Rezidentin öhdəliyi.
Azərbaycan dilinin izahlı lüğəti1. Fizika. Xarici periodik qüvvənin təsiri nəticəsində obyektin məcburi titrəyiş amplitudunun kəskin artması. □ Rezonans hadisəsi.
2. Qapalı məkan (məs.: bina) daxilində səsin yüksəklik dərəcəsi; əks-səda. □ Rezonans dalğa.
3. Məcazi mənada: müəyyən hadisəyə ictimai marağın kəskin şəkildə artması. □ Rezonans yaratmaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Musiqi. Özündə folklor elementlərini, spesifik vokal xüsusiyyətlərini və elektron effektlərlə müşayiət olunan ritmləri birləşdirən müasir estrada musiqi janrı. □ Rok ifaçısı.
2. Bir çox sözlərə qoşularaq bu musiqi növünə aid olan anlayışlar yaradır; məs.: rok-n-roll, rok qrup, hank rok, caz rok, hard rok və s.
Azərbaycan dilinin izahlı lüğəti