1. Bir şeyin ən sağlam və möhkəm tərəfi; təməl, dirək, istinadgah.
2. Məcazi mənada: bir şeyin ən sağlam və möhkəm tərəfi; təməl,dirək, istinadgah. □ Ənənə cəmiyyətin rüknüdür. (Y.V.Çəmənzəminli).
3. Bir cəmiyyətin əhəmiyyətli, ən qüvvətli və etibarlı şəxsiyyətlərindən hər biri. □ ..Şair, .. xanlığın müşaviri, dövlətin rüknü olan bir adamdan bu sözləri eşitmək?.. (Y.V.Çəmənzəminli).
Azərbaycan dilinin izahlı lüğəti1. Klassik ədəbiyyatda bir fikri və ya anlayışı ifadə edən rəsm, şəkil, hərf və s. işarə mənalarında işlənmişdir. □ Nalə çəkib bülbül dedi: – Ey pəsər; Rümuzi-eşqidən olan bixəbər. (Q.Zakir).
2. Klassik ədəbiyyatda işarə ilə anlatma, işarə mənalarında işlənmişdir.
3. Klassik ədəbiyyatda bu və ya başqa bir fəndə qəbul edilmiş hər hansı bir kəmiyyətin şərti işarəsi, simvol mənalarında işlənmişdir.
Azərbaycan dilinin izahlı lüğəti1. Biabır olma, abırsızlıq, heysiyyətdən düşmə, abırdan düşmə. □ Yaman qonşu adamı rüsvay edər. (Atalar sözü).
2. Klassik ədəbiyyatda bu sözlə bağlı olan birləşmələrin birinci tərkib hissəsi; məsələn, rüsvayi-dünya, rüsvayi-eşq, rüsvayi-xəlq mənalarında işlənmişdir. □ Axır elə oldum rüsvayi-aləm; Düşmən tənə eylər, dost qınar məni. (Q.Zakir).
Azərbaycan dilinin izahlı lüğəti