1. Hüquqi baxımdan zəruri olan məlumatlar toplusu; sənədin etibarlı sayılması üçün mütləq göstərilməli olan məlumatlar. □ Rekvizitə, əsasən, iştirak edən tərəflərin adı, ünvanı, bank hesabı, vergi ödəyicisinin identifikasiya nömrəsi və s. aiddir.
2. İncəsənət. Teatrda tamaşa zamanı səhnə və aktyorlar üçün tələb olunan zəruri əşyalar. □ Rekvizit sexi.
Azərbaycan dilinin izahlı lüğəti1. İclas, müşavirə, konfrans və s.-nin aparılması qaydaları. □ Reqlamentə riayət etmək.
2. Hüquq. Parlament, yaxud palatanın daxili quruluşu və fəaliyyəti formasını, həmçinin deputatın hüquqi vəziyyətini tənzimləyən qaydalar toplusu. □ Reqlamentdən kənara çıxmaq.
Azərbaycan dilinin izahlı lüğətiMusiqi. Ritmik musiqinin, özünəməxsus bədən və əl-qol hərəkətlərinin müşayiəti ilə xüsusi tərzdə (yanıltmacabənzər, tez-tez) ifa olunan şeir. □ Adətən, aktual sosial mövzuda olan rep bəzən musiqinin digər janrları ilə sintez olunur.
Azərbaycan dilinin izahlı lüğəti