1. Taxtanı rəndə ilə yonub hamarlamaq, rəndədən keçirmək. □ Bir yanda xarratlar taxta yonub rəndələyir, qapı-pəncərənin çərçivəsini yerinə salır, döşəməni düzəldirdilər. (M.İbrahimov).
2. Məcazi mənada: ora-burasını düzəltmək, yaxşı şəklə salmaq, qaydaya salmaq, abıra salmaq. □ ..Belə çirkin adətləri rəndələmək, özü də əməlli-başlı rəndələmək lazımdır.
3. Məcazi mənada: tərbiyələndirmək; kobud, qaba cəhətlərini bir qədər yumşaltmaq, azaltmaq. □ Zaman onu xamır kimi; kündələdi; Yaman onu rəndələdi... (B.Vahabzadə).
Azərbaycan dilinin izahlı lüğəti1. Bir şeyin işıq tonu. □ Eləmi, sarı qaldı; Günün ovsarı qaldı; Yetimə nə dedilər; Rəngi sapsarı qaldı?! (Bayatı).
2. Bir şeyə müəyyən rəng vermək, bir şeyi boyamaq, yaxud rəsm çəkmək üçün işlədilən rəng maddəsi. □ Yağlı rəng. Sulu rəng.
3. Qadınların dodaqlarına, üzlərinə çəkdikləri, əsasən, qırmızı boya. □ Dodağına rəng çəkmək.
4. Məcazi mənada: xüsusiyyət, zahiri görünüş, təzahür forması. □ El ağzında bir sözün yüz rəngi var. (Atalar sözü).
5. Musiqi. Muğamatda təsnifdən sonra, bəzən və müstəqil olaraq çalınan musiqi parçası. □ Rəng çalmaq.
Həmçinin bax:
1. Müxtəlif rənglərdə olan; müxtəlifrəngli, əlvan. □ Rəngarəng pəncərələrdən içəri düşən işıq məbədin daxili gözəlliyini bir qat daha artırmışdı. (Y.V.Çəmənzəminli).
2. Cürbəcür, müxtəlif, növbənöv, müxtəlifnövlü. □ Pişxidmətlər rəngarəng təamlar hazır etdilər. (M.F.Axundzadə).
Azərbaycan dilinin izahlı lüğəti1. Rəngarəng (rəngbərəng) şeyin halı və görünüşü; əlvanlıq.
2. Müxtəliflik, cürbəcürlük. □ Baletin kütləvi janr və qəhrəmanlıq səhnələri öz müstəsna dinamikliyi, rəqs vasitələrinin orijinallığı və rəngarəngliyi ilə fərqlənir. (S.Hacıbəyov).
Azərbaycan dilinin izahlı lüğəti