1. Hər hansı bir ictimai hərəkatın, partiyanın, sinfin ideoloqu, siyasi başçısı, yolgöstərəni. □ Hərəkatın rəhbərləri.
2. Bir işin başında duran, onu idarə edən adam; başçı. □ İtə səlbə atırsan – rəhbər işçiyə dəyir. (Atalar sözü).
3. Yolgöstərən. □ Sən olmasan verəməzdim mən eşqə bir məna; Bu yolda sən mənə rəhbərsən, eyləməm inkar. (H.Cavid).
4. Arxaizm. Arayış, məlumat kitabı; bir fənni, dili öyrənmək üçün kitabça. □ Rəhbəri-cəbr.
Həmçinin bax:
Acıma, yazığı gəlmə, ürəyi yanma; mərhəmət. □ Narıncı oyub getmə; Qabığın soyub getmə; Mən yazığa rəhm elə; İntizar qoyub getmə. (Bayatı).
Həmçinin bax:
1. Klassik ədəbiyyatda yazığı gəlmə, rəhm etmə, mərhəmət mənalarında işlənmişdir. □ Adam var ki, rəhmət aparar, adam da var – lənət. (Atalar sözü).
2. Məcazi mənada: klassik ədəbiyyatda nemət, bərəkət mənalarında işlənmişdir. □ Alqış sənə, ey zəhmət; Dünyaya saçan rəhmət; Sənsən bu əməklərlə. (A.Şaiq).
3. Məcazi mənada: klassik ədəbiyyatda dindarların etiqadına görə, Allahın mərhəmətinin təzahürü olaraq yağan xeyirli yağış mənasında işlənmişdir.
4. Klassik ədəbiyyatda müsəlman dininə görə Allahın ölülərə rəhm edib günahlarını bağışlaması mənasında işlənmişdir. □ Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana; Zərrəcə qəti-məhəbbət etmədin, rəhmət sana. (M.Füzuli).
Həmçinin bax:
1. Adı çəkilməyərək nəzərdə tutulan ölmüş şəxs; mərhum. □ Rəhmətlik məni çox istərdi, çünki məndən savayı bir özgə övladı yox idi. (C.Məmmədquluzadə).
2. Bu söz vəfat etmiş adam xatırlanarkən adının ya əvvəlinə, ya sonuna gətirilir. □ ..Rəhmətlik bibim buranın ağası olanda Cavadın atası ağsaqqal qocabir kişi idi. (B.Talıblı).
3. Yaşlı adama xitab, müraciət (tərkibdə işlənir, həm də narazılıq, məmnunsuzluq ifadə edir). □ Ah rəhmətlik balası, başını qoyub yatsana. (H.Nəzərli).
Azərbaycan dilinin izahlı lüğəti