1. Suyun səviyyəsini, qar və ya buz örtüyünün və s.-nin hündürlüyünü ölçmək üçün üzərində bölgülər olan dar, nazik taxta və ya ağac. □ Gülşənin göstərişilə manqa üzvləri pambıq kollarını yoxlayır, reyka ilə ölçür. (Ə.Vəliyev).
2. Geodeziya. Geodeziya işlərində iki nöqtənin nisbi hündürlüyünü müəyyənləşdirmək üçün işlədilən bölgülü taxta, ağac.
3. Ümumən bir qaydada kəsilib rəndələnmiş uzun və ya qısa nazik taxta.
Azərbaycan dilinin izahlı lüğəti1. Kauçukun vulkanizə edilməsi nəticəsində alınan su və hava keçirməyən elastik material.
2. Yazını pozmaq üçün rezin parçası; pozan, rezin. □ ..düz on yeddi gün qələm, xətkeş, pərgar, rezin əlindən düşmədi. (MirCəlal).
3. Sifət kimi: həmin materialdan düzəldilmiş, hazırlanmış. □ Altı rezin ayaqqabı. Rezin əlcək.
Azərbaycan dilinin izahlı lüğəti1. Ədəbiyyatşünaslıq. Klassik ədəbiyyatda əruz vəznində olan şeir formalarından birinin adı mənasında işlənmişdir.
2. Ədəbiyyatşünaslıq. Klassik ədəbiyyatda döyüş və güləşmədən əvvəl pəhləvanların üz-üzə durub oxuduqları şeir mənasında işlənmişdir. □ Bəylər pəhləvan kimi meydana girib, bir-birinə rəcəz oxudular. (Ə.Vəliyev).
Azərbaycan dilinin izahlı lüğəti