Rels döşənməmiş, rels üzərində hərəkət etməyən. □ Relssiz nəqliyyat.
Fəlsəfə. Relyativizm tərəfdarı.
Fəlsəfə. İnsan idrakının nisbiliyi, şərtiliyi və subyektivliyi haqqında idealist cərəyan. □ Relyativizm fiziki idealizmin qnoseoloji mənbələrindən biri olmuşdur.
Coğrafiya. Yer səthində olan müxtəlif kələ-kötürlük, dərə-təpə, dağ və düzənlik və s. □ Dəniz dibinin relyefi. Rayonun relyefi.
Həmçinin bax:
Ədəbiyyatşünaslıq. Pyes müəllifinin, hadisənin hansı şəraitdə gedəcəyini, personajların davranışının və xarici görkəminin xüsusiyyətlərini səciyyələndirən izahı.
Qızıl sikkə standartı şəraitində sikkənin faktik çəkiyə və əyara görə qanuni normadan kənara çıxması.
1. İqtisadiyyat. Sahibinin fəaliyyəti tələb olunmadan kapital, əmlak və ya torpaqdan müntəzəm alınan gəlir. □ Torpaq rentası.
2. Maliyyə. İstiqraz vərəqəsi sahiblərinə daimi gəlir gətirən müddətsiz dövlət istiqrazı. □ Dövlət rentası.
Fizika. Rentgen şüaları vasitəsilə qeyri-şəffaf cisimlərin daxili quruluşunun şəklinin çəkilməsi.
Fizika. Rentgen şüaları vasitəsilə fotoplastinka və ya plyonkada alınan əks.
Tibb. Tibbin, rentgen şüalarının diaqnostika və müalicə məqsədilə tətbiqindən bəhs edən şöbəsi.
Tibb. Rentgenologiya ilə əlaqədar olan, rentgenologiya ilə bağlı olan. □ Rentgenoloji üsul.
Tibb. Rentgenologiya və rentgen şüaları ilə müalicə mütəxəssisi olan həkim.
Fizika. Rentgenoskopiyaya aid olan, rentgenoskopiya ilə əlaqədar olan. □ Rentgenoskopik üsul.
Fizika. Qeyri-şəffaf cisimlərin rentgen şüaları vasitəsilə tədqiq edilməsi, yoxlanılması.
Tibb. Rentgen şüalarının müalicə məqsədilə tətbiqi.