1. Bir şeydən razı olan; məmnun. □ Yüz cəfa eyləsən, ey şux, könüldür razı. (S.Ə.Şirvani).
2. Zərf kimi: bir şeydən razı olan; məmnun. □ Zəlzələni görən yanğına razı olar. (Atalar sözü).
Həmçinin bax:
Razı olma, məmnunluq hissi; məmnuniyyət. □ ..Bitməmiş, bitəmməz böyük bir əsər; Özündən razılıq kölgəliyində. (B.Vahabzadə).
Həmçinin bax:
1. Hər hansı bir təsirə cavab olaraq əmələ gələn təsir.
2. Biologiya. Fiziologiya. Orqanizmin xarici və ya daxili təxərrüşə münasibəti. □ Orqanizmin soyuğa qarşı reaksiyası.
3. Əhvalda baş verən kəskin dəyişiklik; gərginlikdən, yüksəlişdən, yaxşılıqdan sonra əmələ gələn düşkünlük, zəiflik.
4. Kimya. İki və ya bir neçə maddə arasında yeni maddələrin əmələ gəlməsinə səbəb olan qarşılıqlı təsir.
5. Dövrü keçmiş hakim siniflərin ictimai tərəqqiyə qarşı siyasi, iqtisadi və ideoloji müqaviməti; cəmiyyətin inkişafına mane olan keçmiş köhnə üsul və qaydaları mühafizə və ya bərpa etmək cəhdləri.
Həmçinin bax:
1. Xəyalda deyil, həqiqətdə mövcud olan; həyata keçirilə bilən, yerinə yetirilməsi mümkün olan; həqiqi, gerçək, əsil. □ Real həyat. Real varlıq. Real şey.
2. Həqiqi və obyektiv şəraitin, gerçək varlığın nəzərə alınmasına və izahına əsaslanan. □ Real siyasət.
Həmçinin bax:
1. Real düşünən, öz işində, fəaliyyətində real varlığın şəraitini nəzərə alan və buna uyğun hərəkət edən adam. □ Sən lap realistsən, ay Məhər kişi, – deyə sədr gülə-gülə ona müraciət etdi. (B.Bayramov).
2. Ədəbiyyatşünaslıq. İncəsənət. Ədəbiyyat və incəsənətdə realizm tərəfdarı olan. □ Realist rəssam. Realist yazıçı.
3. Realizm tərəfdarı.
4. Tarix. 1917-ci il inqilabından əvvəlki Rusiyada realni məktəb şagirdi. □ Studentik, deyilik biz realist; Aramızdan çıkamaz idealist. (A.Səhhət).
Azərbaycan dilinin izahlı lüğəti