Bir ölkəni, xalqı, camaatı soyma, var-yoxunu zorla əlindən alma; çapqın, çapovul, talan. □ Dəhşətli qarət davam edirdi. (M.S.Ordubadi).
Qarətlə məşğul olan adam; soyğunçu, çapovulçu, talançı, quldur. □ Çar jandarmeriyası və çar polisləri Bakı şəhərini qarətçilərə, ... tapşırmışdı. (M.S.Ordubadi).
Bax: qarətgərlik.
Qarətlə məşğul olan adam; soyğunçu, çapovulçu, talançı, quldur. □ Məktəb dediyin qeydidilü bəndi-zəbandır; Qarətgəri-candır. (M.Ə.Sabir).
Çapqınçılıq, soyğunçuluq, talançılıq, çapovçuluq, quldurluq.
Uşaqların qardan qayırdıqları top, yumru. □ Həvəsim yox məscidə getməyə, neynim, a bacı? Qoy gedim küçədə qargülləsi oynum, a bacı! (M.Möcüz).
Leş və böcəklərlə qidalanan iri, döşü boz qara quş. □ Qarğanın səsi çıxanda qar gələr. (Atalar sözü).
Həmçinin bax:
Botanika. Aran yerlərdə yayılmış yeyilən bitki.
1. Qapını içəridən kilidləmək üçün qarmaq, ucuəyri dəmir.
2. Elektrotexnika. Dəmir və s. əymək üçün xüsusi quruluşlu kəlbətin.
Burnunun ucu qabağa uzanmış, biçimsiz burnu olan. □ .. sizin bildiyiniz qarğaburun, muncuqgöz, təkəcə saqqal hacılara bənzəməz. (Qantəmir).
Yalnız bir neçə adam arasında anlaşılan uydurma şərti dil; heç kəsin anlamadığı dil. □ Mən ondan söz soruşuram, o mənə qarğadili danışır.
Arxaizm. Torpaq altında tapılan yarımşəffaf kristal maddə.
Çox səs-küy olan yer; bazar.
Bax: qarğımaq.
Bax: qarğınmaq.