1. Bir ata-anadan, yaxud yalnız bir atadan və ya bir anadan olan oğulların bir-birinə, yaxud bacısına nisbətən hər biri. □ ..Bir şəhərin beş qardaşın xanlığına parçalandı... (M.Araz).
2. Fikir, ictimai vəziyyət və s. cəhətdən danışan şəxsə yaxın olan hər bir şəxs. □ Qardaşlar, .. atmayın, qulaq asın, bizim sizinlə işimiz yoxdur! (C.Cabbarlı).
3. Kişiyə, oğlana dostcasına, yaxud təklifsizcəsinə müraciət. □ Qardaş, yol ver, keçim.
4. Məcazi mənada: qardaş kimi yaxın, dost olan adam haqqında. □ O mənimlə qardaş kimidir.
Həmçinin bax:
1. Qardaşlar arasındakı yaxınlıq və münasibət.
2. Ögey qardaş; qardaş kimi yaxın dost. □ Qardaşlığım kooperativdə işləyirdi. (Mir Cəlal).
3. Məcazi mənada: birlik, ittifaq, dostluq, səmimi əlaqə. □ Yaşasın işçilərin qardaşlığı! Ura!.. (C.Cabbarlı).
1. Arxaizm. Oxucu, mütaliəçi. □ Niyə bəs belə bərəldirsən, a qare, gözünü? Yoxsa bu ayinədə əyri görürsən özünü? (M.Ə.Sabir).
2. İlahiyyat. Avaz və qiraətlə Quran oxuyan adam. □ Qare yorulanda uşaqlardan biri sonuncu ayəni bərkdən təkrar edər və qare üçün dincəlməyə imkan yaradardı. (H.Sarabski).
Azərbaycan dilinin izahlı lüğəti