1. Qaraqalpaq dilində. □ Qaraqalpaqca danışmaq.
2. İsim kimi: qaraqalpaqca. □ Qaraqalpaqca-rusca lüğət.
Bərk əzilməkdən bədənin hər hansı bir yerində qanın dəri altında qaralıb bərkiməsi. □ Uşağın barmağı qapı arasında qalıb qaraqançır olubdur.
Samovarın qaynamasını azaltmaq üçün, onun odluğunun başına qoyulan və odun közərməsinə mane olan qapaq. □ Samovarın qaraqapağını basmaq.
1. Parlaq qara tükləri olan iri qarğa.
2. Məcazi mənada: yaşı çox olduğuna baxmayaraq, saçları ağarmayan adam haqqında. □ Qaraqarğa qarımaz. (Məsəl).
Qaşları qara olan. □ Qaraqaş oğlan.
Bax: qaraqaş.
Qılçığı qara olan buğda və ya çəltik çeşidi. □ İri qaraqılçıq sünbüllər Cahandar ağanın ayağına toxunsa da, kişi vəziyyətini dəyişmədi. (İ.Şıxlı).
Botanika. Xırda çiçəkli çoxillik bir bitki.
Səs-küy, çığır-bağır; heç bir ciddi səbəb olmadan qaldırılan hay-küy, qışqırıq. □ Səhər qaraqışqırıq salır ki, gecə uşaq anasının altında qalıb boğulub. (H.Sarabski).
Səs-küy salan, çığır-bağır edən, heç bir ciddi səbəb olmadan və qarasına qışqırıq qoparmağı adət etmiş.
Xalq arasında malyariyaya verilən ad; isitmə. □ Bu qaraqızdırma məni əldən salıb,.. ( M.Hüseyn).
Birini qorxduğu və ya çəkindiyi bir şeylə və ya bir işlə hədələmə, qorxutma; hədə.
Həmçinin bax:
Qaraqovmaya salmaq – təqib etmək, qısnamaq, sıxışdırmaq, tələsdirmək.
Yalnız ətdən ibarət olan qovurma növü.
Tarix. XV əsrdə Cənubi Azərbaycanda və onunla həmhüdud olan başqa ölkələrdə hakimiyyət sürmüş oğuz türkmən qəbilələrindən biri.