Əziyyət, çox çətinlik, məşəqqət, məhrumiyyət.
Bax: qaragün.
Qaragünlüyünü qablaşdırmaq – hər cür məhrumiyyəti, çətinliyi, təhlükəni və s. arzuolunmaz şeyləri gözü önünə almaq, ona hazır olmaq. □ ... mən binəva öz qaragünlüyümü qablaşdırdım. (S.Rüstəm).
Həmçinin bax:
Tarix. Çar Rusiyasında: silahlı talançı bandaların iştirakçısı; irticaçı padşahpərəst təşkilatlardan birinin üzvü; ümumiyyətlə, qatı irticaçı. □ Qaragüruhçu dəstələr.
Qaragüruhçunun fikir və zehniyyəti, işi, əməli; qatı irticaçılıq.
Botanika. Meşə zonalarında təsadüf edilən oduncağı bərk, qol-budaqlı böyük ağac. □ Qarağac Azərbaycanda qədim zamanlardan bəri becərilən,.. ağaclardan biridir. (Qədirov).
Botanika. Xırda üzüm kimi salxımlı, turşməzə, qara və qırmızı meyvəsi olan kol-bitki və onun giləmeyvəsi. □ Giləmeyvələrdən qarağat, çiyələk, moruq və başqalarında “C” vitamini vardır.
Xalq təbabətində işlətmə dərmanı kimi işlənən bitki və onun toxumu.
Daim bəd danışan, pis xəbər verən adam.
Üzündə qara xətt olan.
Bax: qaraxət.
Avtomobillərin, motosikletlərin dayanacağı və təmir edildiyi yer, bina. □ Yusif onu minik maşınına, hətta qaraja aparmaq istəmişdi. (Mir Cəlal).
Üzü gülməyən, qaş-qabaqlı; üzügülməz, adamayovuşmaz. □ Qaraqabaq adam.
Qaraqabaq adamın xasiyyəti, xüsusiyyəti; qaşqabaqlılıq, üzügülməzlik.
Qaraqalpaq MR-in əsas əhalisini təşkil edən, türk dilləri qrupuna daxil olan bir xalq və bu xalqa mənsub adam.