1. Qara rəngli, qaramtıl.
2. Məcazi mənada: dəyərsiz, qiymətsiz mənasında. □ O qaraca qəpiyə o qədər məhəbbətimiz var ki, qeyri işlər yadımıza düşməyir. (N.Vəzirov).
1. Dəni qara toz halına salan taxıl xəstəliyi.
2. Taxıl dənləri arasında olan yumru və xırda zərərli bitki dəni. □ Bu taxılın qaracası çoxdur.
Azərbaycan dilinin izahlı lüğəti