1. Heyvan və bitki rəsmlərini birləşdirən qədim ornamentlər. □ Qrotesk təsvir.
2. Təsviri sənət, teatr və ədəbi əsərdə insan və əşyaları eybəcər – komik təsvir edən fantastik ifrat mübaliğə. □ Qrotesk inandırıcılıq həddini keçir, təsvirə hədsiz şərtilik verir və surəti həqiqətdən uzaqlaşdırır.
Azərbaycan dilinin izahlı lüğəti1. İçərisinə şey qoymaq və ya içərisində şey saxlamaq üçün məişət avadanlığı; çuval, torba, kisə, yeşik və s. □ Boş qab cingildər. (Atalar sözü).
2. İçərisinə yemək qoyulan, yemək tökülən boşqab, mətbəx əşyası və s. □ Bir qab su ver. Şorbanı qablara tökmək.
Həmçinin bax:
1. Botanika. Qarpız, qovun və xiyar cinsindən, yerə yayılan iriyarpaqlı bir bitkinin uzunsov, ya girdə, sarımtıl və ya yaşıl meyvəsi; balqabaq, kudu. □ Qabaq tağı şamama verməz. (Atalar sözü).
2. Məcazi mənada: dadsız, tamsız qovun, qarpız və s. haqqında. □ Bir qovun kəsdik, lap qabaq çıxdı.
1. Əvvəl, irəli. □ Məktub bir ay bundan qabaq göndərilib.
2. Tez. □ Hamıdan qabaq kim gəldi?
3. Sifət kimi: əvvəlki, keçmiş. □ Qabaq zaman.
4. Cəm şəklində: qabaqlar–əvvəllər, keçmişdə. □ Qabaqlar bura ağaclıq idi.
5. İsim kimi: bir şeyin irəli tərəfi, ön tərəfi, üz tərəfi. □ Binanın qabağı bağa çıxır.
6. Sifət kimi: irəlidə olan, ön tərəfdə olan; ön. □ Arabanın qabaq çarxı.
7. İrəlidə gedən, qabaqda gedən. □ Nəhayət, kəndlilərin qabaq dəstəsi gəlib çatdı. (M.Hüseyn).
8. Qoşma kimi: yerlik halında - qabağında, qarşısında, önündə, qənşərində. □ Avtomobil evimizin qabağında durdu.
9. İrəli. □ Fatma ağzına yaşmaq çəkib, utana-utana qabağa yeridi. (Mir Cəlal).
10. İsim kimi: ön tərəf, irəli tərəf, qarşı tərəf. □ Qabağımız dərə idi, dalımız dağ.
11. Qarşı. □ Qabağına yemək qoymaq.
12. İsim kimi: alın. □ Büllur buxaq, lalə yanaq, ay qabaq; Şahmar zülfü pərişanlar dolanır. (Aşıq Ələsgər).
Həmçinin bax: