Qaqqıldamağa məcbur etmək.
1. Toyuq, kəklik, durna çığırtısı. □ Qırqovulu nişana aldıqda qaqqıltı ilə uçub uzaqlaşır. (S.S.Axundov).
2. Qəhqəhə; qəhqəhə ilə gülüş. □ Bundan sonra bəylər qaqqıltı ilə gülməyə başladılar. (S.S.Axundov).
Pişik cinsindən olan boz-qara quyruqlu xəzlik heyvan.
Arxaizm. Qarışıqlıq, hay-küy, çığır-bağır, mübahisə, qovğa. □ İgidin başı qalda gərək. (Atalar sözü).
Arxaizm. Yalnız şəhər içərisində gəzib, ondan kənara çıxmamağa məhkum edilən günahkar, müqəssir. □ Qalabənd olub şəhərdə qalmaq.
1. Arxaizm. Qalabənd cəzası.
2. Qalada qapanıb qalma, qalanın mühasirədə olması. □ Üç ay qalabəndlik olub, heç tərəfdən qaladakı qoşuna kömək gəlmədi. (Dərbəndnamə).
Tarix. Qala hakimi, şəhər böyüyü, şəhərin baş hakimi. □ Həmədan qalasının qalabəyi.
Tarix. Qalabəyi vəzifəsi, işi.
Kömbə. □ Dişləri tutmadı yavan qalacı; Çünki həm bərk idi və həm də acı. (Ə.Qəmküsar).
Kiçik müdafiə tikilisi; xırda qala. □ Qalaça küncünə qısılan şahın; Xalqı palçıq kimi tapdanacaqdır. (M.Araz).
Bax: qanqal.
Bir yerə qalanmış, üst-üstə yığılmış, yığın halında olan şey; yığın, topa. □ Odun qalağı.
Qalaqlanmış halda, üst-üstə yığılmış halda; yığın-yığın, topa-topa, üst-üstə. □ Zirzəmidə qalaq - qalaq köhnə qəzetlər vardı.
Bax: qalaqlamaq.
Tarix. Qalaq vurmaq, komalamaq, bir yerə toplamaq, üst-üstə yığmaq. □ Taxıl dərzlərini qalaqlamaq.