1. Hökumətin zülm və ədalətsizliyinə dözməyərək, həbsdən və ya sürgündən qaçan adam.
2. Bir cinayət edib hökumətdən və ya həbsdən qaçaraq, dağda və meşələrdə yaşayıb soyğunçuluqla məşğul olan adam; quldur. □ Ağa, nə üçün fikir edirsən, yoxsa qaçaqlardan qorxursan?(N.Nərimanov).
3. Bu və ya başqa bir səbəbə görə qaçmağa, baş götürüb getməyə məcbur olan adam.
4. Sifət kimi: sürüdən qaçan, sürüdə durmayan; bərk gedən, başını saxlamaq çətin olan. □ Qaçaq qoyun. Qaçaq at.
5. Sifət kimi: gömrük, rüsum verməmək üçün gizli gətirilən. □ Qaçaq mal.
Həmçinin bax:
Bax: qaçağan (2-ci mənaya).
Həmçinin bax: