1. Yandırılmaq, yanğın törədilmək; od düşüb yanmaq, alışmaq, alışıb-yanmaq. □ Evi odlanan mən, əli kösövlü sən. (Atalar sözü).
2. Odlu silahla öldürülmək, ya yaralanmaq. □ Uça bilmirdilər, odlanırdılar; Şama dəyib yanan pərvanə kimi. (M.Rahim).
3. Məcazi mənada: bərk hirslənmək, əsəbiləşmək; özündən çıxmaq. □ ...Qurbanlıya qarşı göstərdiyi laqeydliyi və etinasızlığı xatırlayıb odlandı. (Y.V.Çəmənzəminli).
Həmçinin bax:
1. Odu olan; yanar, alovlu, közərən. □ Odlu ocaq.
2. Məcazi mənada: qırmızı, od rəngli. □ Onun dalısınca yarır mənim də; Odlu üfüqləri xəyalım yenə. (M.Rahim).
3. Məcazi mənada: ehtiraslı, coşqun, yanar; atəşin, ehtiraslı, qızğın, hərarətli, coşqun. □ Alaçıqdan on-on beş arşın ucada böyük bir quş iri qanadlarını açmış, odlu və acıqlı baxışlarla bizi süzürdü. (A.Şaiq).
4. Məcazi mənada: təsiredici, təsirli, yanıqlı, yandırıcı, yaxıcı. □ O qədər keçmədi qarşıkı dağdan; Ucaldı bir qəlbin odlu naləsi. (S.Vurğun).
1. Yandırmaq üçün kəsilmiş və doğranmış ağac parçası; ağac yanacağı. □ Yaş odun. Doğranmış odun. Onun ipinin üstünə odun yığmaq olmaz. (Atalar sözü).
2. Məcazi mənada: hissiz, hissiyyatını itirmiş, keyləşmiş, hərəkətsiz; qaba, kobud, qalınqafa adam haqqında.
Həmçinin bax: