Reklam
Reklam

Все словари

od [od] isim

1. Yanan bir şeydən çıxan qazlar; atəş. □ Odu söndürmək. Odda yanmaq. Odda qızdırmaq. Kömür odu. Biri od olanda, biri də su olar. (Atalar sözü).
2. Məcazi mənada: obrazlı təşbehlərdə şiddətli hissiyyatın, ehtirasın, coşqunluğun, ruh yüksəkliyinin rəmzi kimi işlənir. □ Qəlbi od dənizi, gözüdür Bakı; Doğma Vətənimin gözüdür Bakı. (B.Vahabzadə).
3. Çox bərk isti. □ Göydən sanki od yağır.
4. Məcazi mənada: qızartı, qırmızılıq; hərarət. □ Kişi od olanda, arvad su olmalıdır. (Atalar sözü).
5. Məcazi mənada: nadinc, yıxıb-dağıdan, daim hərəkətdə olan uşaq haqqında. □ Uşaq deyil, od parçasıdır.
6. Məcazi mənada: ev, ailə, ocaq. □ Bu kənd üç yüz oddan ibarətdir.

Həmçinin bax:

frazeologizm: ağzından od tökülmək frazeologizm: atasına od vurmaq frazeologizm: barıtla odun nə aşnalığı frazeologizm: başına od ələmək (yağdırmaq) frazeologizm: başqasının oduna yanmaq frazeologizm: bazar od tutub yanır frazeologizm: canına qorxu (lərzə, od) salmaq frazeologizm: canına od düşmək frazeologizm: canını eşq oduna yaxmaq frazeologizm: canını oda yaxmaq frazeologizm: dədəsinə od vurmaq (qoymaq) frazeologizm: eşq oduna düşmək frazeologizm: eşq oduna yanmaq frazeologizm: gövşəyinə od düşmək frazeologizm: göydən od yağmaq frazeologizm: gözündən od çıxmaq frazeologizm: gözündən od tökülmək frazeologizm: gözünün odunu almaq frazeologizm: hicran oduna yanmaq frazeologizm: içi od tutub yanmaq frazeologizm: içinə od salmaq frazeologizm: iki od arasında qalmaq frazeologizm: kirpiyi ilə od götürmək frazeologizm: könlünü odlara salmaq frazeologizm: kötüyünün üstündə od yandırmaq frazeologizm: qəbri od tutub yanmaq frazeologizm: qəlbinə od salmaq frazeologizm: nalı oda qoymaq frazeologizm: od almağa gəlib frazeologizm: od ayaqlamaq frazeologizm: od götürmək frazeologizm: od qalayıb, oda düşüb frazeologizm: od qiymətinə frazeologizm: od qoymaq (vurmaq) frazeologizm: od parçası frazeologizm: od tutub yanmaq frazeologizm: od yeyib göyə üfürmək frazeologizm: oda atmaq (salmaq) frazeologizm: oda düşmək frazeologizm: oddan diri, sudan quru çıxmaq frazeologizm: oddan-sudan keçmək frazeologizm: odla oynamaq frazeologizm: odla su arasında qalmaq frazeologizm: odu başqasının əli ilə götürmək frazeologizm: odu söndürüb külü ilə oynamaq frazeologizm: odun üstünə su çiləmək frazeologizm: odun üstünə yağ tökmək frazeologizm: özünü oda atmaq frazeologizm: özünü oda yaxmaq frazeologizm: özünü oda-közə vurmaq (atmaq) frazeologizm: ürəyi od tutub yanmaq (alışmaq) Azərbaycan dilinin izahlı lüğəti