Bax: nikbincəsinə.
Optimist (nikbin) adamın hal və sifəti; nikbinlik.
O yer. □ Ora nə yaxşı yerdir? Ora haçan gedəcəksən?
Həmçinin bax:
1. Həm ora, həm bura; o tərəf-bu tərəfə, hər tərəfə. □ Ora-bura qaçmaq. 2. Bütünlüklə deyil, hissə-hissə; müxtəlif yerdən, o yerindən-bu yerindən.
O yerdə. □ Orada heç kəsi görmədim.
Müxtəlif yerlərdə; həm orada, həm də burada; adda-budda yerdə. □ Camaat vəkilləri yığılıb koma-koma orada-burada söhbət edirdilər. (Ə.Haqverdiyev).
1. Həmin o yerdə, lap orada. □ Oradaca dayandım. 2. O zaman, o vaxt, o an. □ Oradaca dedi.
1. O yerdə olan, o yerdə duran, o yerdəki. □ Oradakı kitabları oxu. Oradakı binalar qəşəngdir. 2. Bəzən əvəzlik mənasında işlənir. □ Oradakıların xəbəri yoxdur.
O yerdən. □ Oradan gəlirəm.
1. Bir yerdən deyil, müxtəlif yerlərdən. □ Oradan-buradan yüz manat tapdım. 2. Müxtəlif mənbələrdən, ayrı-ayrı məxəzlərdən. □ Oradan-buradan xəbər bilmək.
Taxıl, ot və s. biçmək üçün qısadəstəli, yarımdairəvi kəsici kənd təsərrüfatı aləti. □ Oraqla ot biçmək.
Dialekt. Biçinçi.
Dialekt. Biçinçilik.
Bax: oraqlamaq.
Oraqla biçmək. □ Otu oraqlamaq.