1. Onmanatlıq, on manat dəyərində olan. □ Cibindəki onluğu çıxarıb mənə verdi.
2. İsim kimi: onmanatlıq, on manat qiymətində olan pul. □ Kələntər əlini şalvar cibinə salıb əzilmiş bir onluq çıxartdı. (M.İbrahimov).
3. Lampada işıq, taxtada qalınlıq dərəcəsini bildirir. □ Onluq taxta.
4. On xalı olan. □ Onluq kart.
5. Ədəbiyyat. Hər misrasında on heca və ya hər bəndində on misra olan şeir.
5. Hədəfin düz ortası, atıcılıqda on bal verilən nöqtə.
Azərbaycan dilinin izahlı lüğətiAnatomiya. Bel sümüyü.
Həmçinin bax: