1. Bir şeyin daxili, mərkəzi hissəsi. □ Atom nüvəsi. Yerin nüvəsi.
2. Biologiya. Hər cür bitki və heyvan orqanizmi hüceyrəsinin ən mühüm tərkib hissəsi. □ Nüvə protoplazmaya nisbətən daha bərk olmaqla protoplazmanın özü ilə əhatə olunur.
3. Fizika. Nüvə daxilində baş verən proseslərə, atom nüvəsi enerjisindən istifadəyə aid olan. □ Nüvə reaksiyası. Nüvə enerjisi. Nüvə silahı.
4. Məcazi mənada: bir şeyin, yaxud bir kollektivin, təşkilatın, qrupun əsas hissəsini, özəyini təşkil edən hissəsi; özək. □ Qoşunların nüvəsini təşkil edən hissələr.
Həmçinin bax:
Xəbər otağı; studiya pavilyonu ilə redaksiya otağının tamaşaçının hiss etmədiyi şüşə arakəsmə ilə ayrıldığı kombinə olunmuş quruluşu (bəzi telestudiyalarda xəbər proqramları bu otağın fonunda efirə çıxır). □ Kompüter stolları, telefonlar, xəbər qəbul edən digər avadanlıqlar nyusrumda yerləşir.
Azərbaycan dilinin izahlı lüğəti