1. Ulduzlar. □ ...Ey səmanı müzəyyən qılan nücum; Etmişmidir o yerlərə də seyli-qəm hücum? (M.Hadi).
2. Ulduzlar və onların vəziyyətinə görə insan və onun taleyi haqqında hökm çıxarmağın mümkün olması haqqında orta əsr sxolastik elmi; elmi-nücum, astrologiya.
1. Bir adamın sözü keçmə, hörməti, etibarı, təsiri olma; hörmət, etibar, təsir; avtoritet. □ Naməlsəm camaatının arasında Əminin nüfuzu gündən-günə artır. (N.Nərimanov).
2. Təsir etmə, keçmə, içəriyə işləmə. □ Nüfuz etmək.
Həmçinin bax: