1. Əlaqədarlıq, təəllüq, mənsubiyyət, bağlılıq, münasibət. □ Bunun o işə heç bir nisbəti yoxdur.
2. İki şey arasında olan münasibət, oxşarlıq, uyğunluq, qiyas. □ Həqdi, gözəl çoxdu cahan içində; Ola bilməz sənə nisbət hər gözəl. (Q.Zakir).
3. Qoşma kimi: görə, aid. □ Xanım, mənə nisbət nə qulluğunuz var? (M.F.Axundzadə).
4. Zərf kimi: nisbətən, müqayisə edilərsə; görə.
5. Nisbətdə şəklində – iki şey arasında müqayisə, hal və miqdar bildirir. □ Ömür artdıqca həyatdakı nəşə də o nisbətdə əskilir. (H.Cavid).
6. Riyaziyyat. Riyaziyyatda böyük kəmiyyətin kiçik kəmiyyətə bölünməsi. □ Altının üçə (6/3) nisbəti.
Müqayisə üçün olan, qiyas və müqayisə ilə olan, başqa bir şey (şərait, vəziyyət və s.) ilə müqayisə edilməklə müəyyənləşdirilən. □ Nisbi anlayış. Nisbi temperatur.
Həmçinin bax: