1. Haqq-say itirən; nankor, şərəfsiz, yaramaz, namərd, bədəsil. □ Nanəcib adam. Amma bizim bu nanəcib bəylərimiz davam edirlər. (S.S.Axundov).
2. İsim kimi: haqq-say itirən; nankor, şərəfsiz, yaramaz, namərd, bədəsil adam. □ Gəl bundan sonra nanəcibə yaxşılıq elə. (Ə.Haqverdiyev).
1. Yaxşılıq bilməyən, haqq-say itirən, yaxşılığı yerə vuran, duz-çörək itirən. □ Mən bu hekayəni...nankor atalar əleyhinə yazmışam. (S.Rüstəm).
2. İsim kimi: yaxşılıq bilməyən, haqq-say itirən, yaxşılığı yerə vuran, duz-çörək itirən adam. □ Bu nankoru gözüm görməsin!
Kiçik həcmli predmet və obyektlərlə (atomlar, molekullar) bağlı aparılan texnologiya və proseslər.
Qeyd: nano... Çox kiçik fiziki vahidlər və onların hissəcikləri ilə bağlı prosesləri əks etdirən mürəkkəb sözlərin birinci hissəsi.
Azərbaycan dilinin izahlı lüğəti1. Pak olmayan, təmiz olmayan, murdar. □ Napak adam.
2. İsim kimi: pak olmayan, təmiz olmayan, murdar adam. □ Napakı hamam təmizləməz. (Atalar sözü).
3. Mənən, əxlaqca təmiz olmayan; ləkəli.
4. İsim kimi: mənən, əxlaqca təmiz olmayan; ləkəli adam.
İçərisində şəffaf pərdə ilə örtülmüş çoxlu turş, meyxoş və ya şirin dənələri olan sərt qabıqlı girdə meyvə; bu meyvənin al-qırmızı rəngli gül açan tikanlı ağacı. □ Gülöyşə nar. Şirin nar. Qırmızı nar.
1. Arxaizm. Od, atəş.
Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
Gör bu odun zǝbanǝsin, mǝn bu zǝbanǝ sığmazam. (İ.Nəsimi)
2. Arxaizm. Cəhənnəm.
3. Arxaizm. Məcazi mənada: dərd, qəm.
Həmçinin bax:
1. Rahatlığı, dincliyi pozulmuş; rahatsız, rahatlığını itirmiş, təşviş və təlaş içərisində olan. □ Narahat vəziyyət. Narahat adam.
2. Zərf kimi: rahatlığı, dincliyi pozulmuş; rahatsız, rahatlığını itirmiş, təşviş və təlaş içərisində olan. □ Qəhrəman bütün gecəni narahat yatmışdı. (S.Rəhimov).
3. Rahat olmayan, münasib olmayan, uyğun olmayan, rahatsız edən, naqolay. □ Narahat yer. Narahat oturacaq.
4. Zərf kimi: rahat olmayan, münasib olmayan, uyğun olmayan, rahatsız edən, naqolay.