Sosial şəbəkələrdə, saytlarda materiala, onun müəllifinə dəstək ifadə edən, həmrəylik bildirən şərti işarə və bu işarənin üzərində əks olunduğu düymə.
Materialın, yaxud müəllifin topladığı L.-ların cəmi həmin düymənin yanında göstərilir. L. yalnız müsbət münasibətin ifadəsi deyil, həm də materialı dostlarla paylaşmağın bir üsuludur. □ Layk etmək.
Azərbaycan dilinin izahlı lüğətiQadın homoseksuallığı; öz cinsindən olanlara seksual həvəs və istək göstərən qadın.
L. sözü Lesbos adasının adından götürülmüşdür. Öz şeirlərində, əsasən qadınlar arasında eşq-məhəbbəti tərənnüm edən qədim yunan şairəsi Sapfo məhz həmin adada yaşamışdır. □ Lesbiyan kimi tanınmaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Xəbər mətninin ilk qısa abzası, jurnalist materialının mühüm struktur elementi.
L.-in məqsədi auditoriyanın diqqətini dərhal cəlb etmək və onu materiala “bağlamaqdır”. Bunun üçün L. informativ, yığcam və mümkün qədər parlaq, yaddaqalan olmalıdır. □ Uğurlu lid.
2. İnternetlə yayılmış reklam müraciətinə potensial istehlakçının reaksiyasını səciyyələndirən istənilən məlumat.
L. – internet-marketinqinin əsas anlayışlarındandır. □ İstehlakçı lidi.
Azərbaycan dilinin izahlı lüğəti1. Bank və müəssisələrin öz öhdəliklərini yerinə yetirmək üçün ixtiyarlarında olan vəsaitlərini tez pula çevirmə qabiliyyəti.
Vəsaitlər dedikdə, tez realizasiya olunan aktiv bank ehtiyatları - birjada dövr edən veksellər, qiymətli kağızlar və s. nəzərdə tutulur. □ Likvid proseduru.
2. Qiymətli əşyaların nağd pula çevrilmə, satılma prosesinin asanlığı. □ Qızılın likvidi.
Azərbaycan dilinin izahlı lüğətiVakuum üsulu ilə qeyri-mütənasib piylənmənin artıq piy toxumasının götürülməsi yolu ilə korreksiya üsuludur; piy qatlarının, çapıqların və s. ləğvi məqsədilə aparılan kosmetik cərrahi əməliyyat. □ Qarın nahiyəsinin liposaksiyası.
Azərbaycan dilinin izahlı lüğəti1. Elektron hesablama maşını vasitəsilə əldə edilən informasiya, məlumatlar; bu məlumatlardan ibarət vərəqədə çap edilmiş mətn; çap olunmuş nüsxə. □ Yeni listinqlər.
2. Fond birjasında qiymətli kağızların dövriyyəyə buraxılmasına icazə verilməsi və bu kağızların fondun mövcud qiymətli əşyalar siyahısına daxil edilməsi. □ Listinqlərin artırılması.
Azərbaycan dilinin izahlı lüğəti