Hər hansı bir şeyin işlədilməsinə hədd, dərəcə təyin edilmək,norma qoyulmaq.
Subtropik yerlərdə bitən həmişəyaşıl sitrus ağacı və bu ağacın yumurtaşəkilli turşməzə, sarı meyvəsi. □ Çaya limon salmaq. Limon şirəsi.
Tərkibində limon və ya başqa meyvə şirəsi olan sərinlədici şirin içki. □ Limonad zavodu. Bir stəkan limonad içmək.
Limon ağacı əkib-becərməklə məşğul olan adam, mütəxəssis.
Limon əkib-becərməklə məşğul olma.
1. Limon ağacı əkilmiş, limon ağacı olan. □ Limonlu həyət. 2. İçərisinə limon salınmış; tərkibində limon şirəsi olan, limon dadı (qoxusu) verən. □ Limonlu şərbət. Limonlu konfet.
Limon ağacları əkilmiş yer. □ Limonluğu belləmək.
Üstüörtülü minik avtomobili növü.
1. Dəm almayıb bir-birinə yapışan düyü. □ Gülmə gülünc olana; Bir aşı linc olana; Gülürsən də gülgilən; Qulağı dinc olana. (Bayatı). 2. Günəşdən, yorğunluqdan əzgin və zəif hala düşmə, süst olma. □ Linc olmaq.
Günəşdən, yorğunluqdan əzginlik, ölgünlük, süstlük.
Linç məhkəməsi – ABŞ-da adətən zəncilərə və inqilabçı fəhlələrə vəhşicəsinə divan tutma, məhkəməsiz cəza vermə (XVIII əsrdə yaşamış irqçi Ç.Linçin adından).
Bax: linçləmək.
Linç məhkəməsi üsulu ilə cəzalandırmaq, amansızcasına divan tutmaq.
Bax: linçlənmək.
Linç məhkəməsi üsulu ilə cəzalandırılmaq, amansızcasına divan tutulmaq.