1. Yeyilən, içilən hər hansı bir şeydən duyulan xoş hiss; tam, dad; dadlılıq, şirinlik. □ Ləzzəti hələ də damağımdadır. Bu əncirin ləzzətindən keçmə.
2. Məcazi mənada: bir şeydən duyulan xoş hiss, sevinc duyğusu; həzz, nəşə. □ İlin hər fəslinin bir hüsnü var, amma qışın ləzzəti bir özgədir. (C.Məmmədquluzadə).
Həmçinin bax:
1. Ləzzət verən, dadlı, yeməli, tamı gözəl. □ Ləzzətli xörək. Ləzzətli yeməklər.
2. Məcazi mənada: xoşagələn, xoş. □ Sözü ləzzətli, şirindilli uşaqdır uşağım; Nə ədəb vaxtıdı, qoy söysün, uşaqdır uşağım! (M.Ə.Sabir).
3. Məcazi mənada: ürəyəyatan, zövqverən, xoşagələn; xoşlanılacaq, şirin. □ Ver pulunu dadlı, ləzzətli zad al! Qoy babalın boyuma, get arvad al! (M.Ə.Sabir).