1. Klassik ədəbiyyatda gecəyə məxsus, gecə vaqe olan mənalarında işlənmişdir.
2. Əvvəllər şagirdlərin həm oxuduqları, həm də gecə qaldıqları məktəb; internat. □ Eyni zamanda üst mərtəbədə bir müxtəsər leyli məktəbi əmələ gətirmişik. (C.Məmmədquluzadə).
Azərbaycan dilinin izahlı lüğəti1. Arxaizm. Müsəlman ruhanilərinin və mömin adamların üstdən geydikləri qolsuz və ya gödəkqollu, yaxası açıq uzun kişi paltarı (əslində ərəb milli paltarıdır). □ Qara gecə ləbbadəsini ehmalca çiyninə salıb, dəhlizə çıxdı. (Mir Cəlal).
2. Məcazi mənada: uzun, enli, biçimsiz paltar haqqında. □ Əynindəki palto deyil, ləbbadədir.
Azərbaycan dilinin izahlı lüğəti