Sözlərin qabağına gələrək, onların mənasını daha da şiddətləndirir, dəqiqləşdirir. □ Bu söz onun lap ürəyindən oldu. Yayın lap isti günü idi. Evdə lap tək qalmışdım.
Botanika. Dilim-dilim iri yarpaqları olan ağcaqayın növündən ağac.
1. Parça-parça; xallar, ləkələr şəklində. □ Lapar-lapar qızartı. Lapar-lapar güllü parça.
2. Sakit havada iri parçalar şəklində (yağan) qar haqqında. □ Lapar-lapar qar yağır.
Bax: lap.
Uzunboğaz ayaqqabı növü. □ Lapçının üzlüyü keçədən, altı göndən tikilirdi.
Gözlənilmədən, qəfildən, birdən. □ Lapdan işıq söndü. Lapdan qapı açıldı.
Təəccüblə, heyrətlə, mat-mat. □ Lap-lap baxmaq.
Uzunqıçlı, uzunboğazlı toyuq və xoruz cinsi. □ Eyvanın küncündə ları xoruzun qanadından düşmüş uzun lələyi görüb sevincək götürdü. (M.İbrahimov).
Tibb. Qırtlağın selikli qişasının iltihabı.
Təbabətin boğaz xəstəliklərindən bəhs edən bölməsi. □ Larinqologiya qırtlağın fiziologiyasını, patologiyasını, onun xəstəliklərinin müalicə və profilaktika üsullarını öyrənir.
Qulaq, boğaz, burun xəstəlikləri mütəxəssisi olan həkim.
Boğazı müayinə etmək üçün uzun dəstəsi olan yastı güzgü şəklində tibb aləti.
1. Toyuğu tutmaq istərkən çıxarılan səsi bildirən təqlidi söz. □ Las eləyib toyuğu tutmaq.
2. Sifət kimi: bacarıqsız, əlindən iş gəlməyən. □ Las adam.
3. Dialekt. Ot çalınarkən yerə tökülən lay, çalınmış ot layı.
Həmçinin bax:
Qat-qat, lay-lay, təbəqə-təbəqə. □ Otu las-las yığmaq. Torpağı las-las tökmək.
Sualtı üzgüçülükdə istifadə edilən xüsusi rezin ayaqlıq.