1. Nəyinsə uzun müddət saxlanması üçün xüsusi emal və ya şərait. □ Qida konservasiyası.
2. Hansısa fəaliyyətin, prosesin, işin müvəqqəti dayandırılması; prosesin dondurulması. □ Münaqişənin konservasiyası.
Həmçinin bax:
Dövlətlə özəl şirkət arasında dövlətə məxsus təbii sərvətlərin, sənaye müəssisələrinin və s.-nin müəyyən müddətə istismara verilməsinə dair razılaşma, müqavilə; belə müqavilə əsasında təşkil edilmiş idarə. □ Konsessiya yaratmaq.
Azərbaycan dilinin izahlı lüğətiHəkimlərin birgə məsləhətləşməsi ilə xəstəyə diaqnoz qoymaq, müalicə üsullarını müəyyənləşdirmək üçün keçirilən toplantı; bir qayda olaraq, nüfuzlu mütəxəssislərin keçirdiyi məsləhətləşmə. □ Tibbi konsilium.
Azərbaycan dilinin izahlı lüğətiBirləşmə, həmrəy olma və müştərək hərəkət etmə; vahid ideya və maraqlar uğrunda mübarizə aparan qüvvələrin ümumi məqsəd naminə birləşməsi; xüsusən böhranlı vəziyyətlərdə siyasi güclərin vahid ideya və məqsəd naminə bir araya gəlməsi. □ Siyasi partiyaların konsolidasiyası.
Azərbaycan dilinin izahlı lüğətiİctimai və dövlət quruluşunu, hakimiyyət orqanlarının təşkili qaydaları və prinsiplərini, məhkəmə və seçki sistemini, vətəndaşların hüquq və azadlıqlarını, borc və vəzifələrini müəyyənləşdirən əsas qanun. □ Azərbaycan Respublikasının Konstitusiyası.
Azərbaycan dilinin izahlı lüğəti1. Dövləti onun sərhədlərindən kənarda təmsil edən, onun və vətəndaşlarının hüquqi, iqtisadi və s. maraqlarını qoruyan daimi diplomatik nümayəndə. □ Səfirdən fərqli olaraq konsulun fəaliyyəti yerləşdiyi dövlətin bütün ərazisini deyil, yalnız bir hissəsini əhatə edir.
2. Tarix. Qədim Romada respublika dövründə seçilən yüksək vəzifəli iki şəxsin hər birinin titulu, habelə belə titulu olan adam.
3. Tarix. Fransada konsulluq dövründə qeyri-məhdud hakimiyyət verilmiş üç şəxsin titulu, habelə bu cür titulu olan adam.
Azərbaycan dilinin izahlı lüğətiMətndə hər hansı söz və ya ifadənin mənasını dəqiqləşdirmək imkanı verən bitmiş bir hissə. □ Hər hansı sözü və ya ifadəni düzgün başa düşmək və doğru izah etmək üçün onu kontekstdə, yəni daxil olduğu mətn içərisində işlətmək lazımdır.
Həmçinin bax:
1. Hər hansı bir kollektivin (şirkət, idarə, müəssisə, təşkilat, ordu) tərkibi, şəxsi heyəti; müəyyən sosial qrupa daxil olan adamların ümumi tərkibi. □ Şagird kontingenti.
2. İqtisadiyyat. Xarici ticarətdə bəzi malların ixracı və idxalı üçün qoyulan norma.
Azərbaycan dilinin izahlı lüğəti