1. Az.
2. Zərf kimi: az. □ Yağış yağdı, nəm qaldı; Qəlyan keçdi, dəm qaldı; Bağçada bar bol idi; Dolu vurdu, kəm qaldı. (Bayatı).
3. Nöqsanlı, az, çatışmayan. □ Aşıq deyər Əlidən; Sözün başlar bəlidən; Ağlı kəm canana bax; Küsübdür mən dəlidən. (Bayatı).
4. Alçaq, rəzil, yaramaz, pis. □ Var mərdə qul ol, aşıq; Kərəm umma kəm ərdən. (Sarı Aşıq).
5. Məcazi mənada: pis, qaba, kobud, xoşagəlməz. □ Kəm söz demək.
6. Zərf kimi məcazi mənada: pis, qaba, kobud, xoşagəlməz. □ O, dostları ilə kəm danışdı.
7. Aşağı, əskik. □ Mənim yarım deyil ol Kəbədən kəm. (M.P.Vaqif).
Qeyd: kəm... Mürəkkəb sözlərin azlıq mənasında olan fars mənşəli birinci tərkib hissəsi. Məsələn; kəmsavad, kəmetina, kəmağıl və s.
Yüyənin atın ağzına keçirilən dəmir hissəsi; cövzə. □ Atın kəmini tutmayan yolda piyada qalar. (Atalar sözü).
Həmçinin bax: