1. Baş, başın təpə hissəsi, ortası. □ Kəlləsindən vurmaq. İşıqda kəlləsi parıldayırdı.
2. Əti çürüyüb tökülmüş baş sümüyü; qafa tası; qafa. □ Skeletin kəlləsi. Mamontun kəlləsi.
3. Kəsilmiş qoyun və ya keçinin başı və ayaqlarından bişirilən duru xörək; kəlləpaça. □ Kəllə bişirmək. Kəllə yemək. Bir qazanda iki kəllə qaynamaz. (Atalar sözü).
4. Bir şeyin ən yuxarı hissəsi, təpəsi; zirvə. □ Divarın kəlləsi. Ağacın kəlləsi.
5. Məcazi mənada: ağıl, kamal, şüur mənasında. □ Kəlləsi yoxdur. Kəlləsi işləmir.
6. Məcazi mənada: çox ağıllı, başlı adam haqqında. □ Yaman kəllədir.
7. Konus və ya yuvarlaq şəkildə istehsal olunan şey. □ İki kəllə pendir.
8. Sifət kimi: baş, başda olan; kənar. □ Kəllə pəncərə.
9. Məcazi mənada: kobud, qaba, kimsəyə boyun əyməyən adam haqqında. □ Kəllə uşaq. Çox kəllədir.
10. Astronomiya. Göyün baş üstündəki ən uca xəyali nöqtəsi. □ Avqust günəşi düz kəllədə idi. (Ə.Əbülhəsən).
Həmçinin bax:
1. Kəllə-kəlləyə gəlmək (durmaq) – üz-üzə gəlmək, döyüşmək, vuruşmaq, toqquşmaq. □ Tanklar qabaqlaşdı. Elə bil, iki qoç kəllə-kəlləyə gəldi. (Ə.Vəliyev).
2. Məcazi mənada: kəllə-kəlləyə gəlmək (durmaq) – mübarizə aparmaq. □ ..hər gün öz maşınına əyləşərək dağlarla kəllə-kəlləyə gəlirdi. (Ə.Sadıq).
Həmçinin bax: