1. Müxtəlif xırda bəzək şeyləri qayrılan qatranlı şəffaf, sarı və ya sarı-qonur rəngli bərk maddə. □ Kəhrəbadan qayrılan muncuq. Kəhrəbadan bilərzik.
2. Həmin maddədən qayrılmış bəzək (şeyi). □ Gümüş biləklərin, bəyaz qolların; Sarı kəhrəbası, hayıf ki, yoxdur. (M.P.Vaqif).
3. Sifət kimi: həmin maddədən qayrılmış. □ Kəhrəba qolbaq. Kəhrəba müştük.
4. Məcazi mənada: bərk, qatı. □ Kəhrəba kimi qaymaq. Kəhrəba kimi un.
1. Danışarkən bəzi səsləri qeyri-iradi təkrar edərək çətinliklə danışmaq. □ Danışarkən kəkələmək.
2. Məcazi mənada: nə deyəcəyini bilməyib dili çaşmaq, dili söz tutmamaq, qırıq-qırıq danışmaq. □ Burada müqəssir kəkələdi və cavab verə bilmədi. (H.Nəzərli).
3. Xoruzlanmaq.