Hər hansı musiqi alətində, mexanizmdə konkret funksiya daşıyan düymə, dil. □ Musiqi alətlərində klaviş müəyyən notu səsləndirmək, yazı makinası və ya kompüterdə informasiyanı ekrana gətirmək və s. əməliyyatlar yerinə yetirmək məqsədi daşıyır.
Azərbaycan dilinin izahlı lüğəti1. Sonradan müxtəlif materiallar (kağız, parça, dəri və s.) üzərində çap etmək üçün metal və ya taxta parçası səthində qazılmış qabarıq təsvir; qəlib, trafaret. □ Klişe hazırlamaq.
2. Məcazi mənada: bayağı, köhnəlmiş, çeynənmiş söz və ya ifadə. □ Klişelərlə danışmaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Dövlətlərin, partiya və ictimai qurumların hər hansı ümumi məqsədə nail olmaq üçün birləşməsi. □ Antiterror koalisiyası.
2. Bir neçə siyasi partiyanın birləşərək həmin partiyaların nümayəndələrindən ibarət hökumət təşkil etməsi. □ Koalisiya hökuməti.
Azərbaycan dilinin izahlı lüğəti1. İnformasiyanın ötürülməsi, işlənməsi və saxlanması üçün istifadə edilən şərti işarə, simvollar və siqnallar sistemi. □ Məlumatın kodlaşdırılması.
2. Gizli şifr. □ Telefon kodu.
Həmçinin bax:
1. İnsan fəaliyyətinin hər hansı sahəsinin tənzimlənməsi üçün sistemləşdirilmiş qanunların məcmusu. □ Əmək kodeksi.
2. Məcazi mənada: müəyyən prinsip və normaların, qanunla tənzimlənməyən, lakin hamının əməl etməli olduğu davranış qaydalarının toplusu. □ Etika kodeksi.
Həmçinin bax:
Şüur, düşüncə və təfəkkürlə bağlı olan; anlayışların formalaşmasına, bilikdən nəticələrin çıxarılmasına xidmət edən dərketmə prosesi. □ Koqnitiv funksiya.
Həmçinin bax: