Nə karəsən? – nəçisən? nə işin sahibisən? □ Kimsən, nə karəsən, bilmirəm, mənim sirrimə əl aparma! (Y.V.Çəmənzəminli).
Xalça, palaz və s. toxumaq üçün çərçivə şəklində qurğu; hana, dəzgah.
Arxaizm. Fəhlə, əmələ, işçi, usta köməkçisi. □ Atam əllaf, babam dülgər idi; Qardaşım culfa, əmim kargər idi. (M.Ə.Sabir).
Arxaizm. Təsir, əlac.
İdarə və s.-də dəftərxana işlərini aparan xidmətçi; işlər müdiri. □ Kargüzar işləmək.
Kitabxanaçılıq. Arxaizm. Dəftərxana. □ Molla əmi, .. bizim kargüzarxanamız keçəcəkdə də vətənə çox xidmət edib. (C.Məmmədquluzadə).
Kargüzarın işi, məşğuliyyəti, vəzifəsi, dəftərxana işləri. □ Kargüzarlıq vəzifəsi.
Arxaizm. Kömək, yardım.
1. Arxaizm. Fabrik, zavod, emalatxana. □ Çit karxanası. 2. Daş çıxarılan yer (adətən “daş karxanası” şəklində). □ Daş karxanası. 3. Əhəng yandırılan yer.
Arxaizm. Karxana sahibi. □ Karxanaçı “qibleyi-aləm” sözünü eşidər-eşitməz titrəməyə başladı. (Y.V.Çəmənzəminli).
Arxaizm. Karxana sahibliyi.
Karıxdıran, fikri çaşdıran. □ Karıxdırıcı vəziyyət. Karıxdırıcı sual.
Bax: karıxdırılmaq.
“Karıxdırmaq” feilinin məchul növü.
Bax: karıxdırmaq.
Çaşdırmaq, fikrini çaşdırmaq. □ Düşməni karıxdırmaq.