1. Hərbi. Orduda baş leytenant rütbəsindən sonra gələn zabit rütbəsi, habelə bu rütbəni daşıyan şəxs. □ Komandir, Əliyev adlı bir azərbaycanlı kapitan idi. (Mir Cəlal).
2. Dənizçilik. Gəmi komandiri, rəisi. □ Gəmi kapitanı. Kapitan köməkçisi.
3. İdman. İdman komandasının başçısı. □ Futbol komandası kapitanı.
1. Arxaizm. Evdə geyilən xalata oxşar enli qadın paltarı. □ Maşa şalına büründü, isti kapot geyindi, öz mücrüsünü götürüb dal qapıya çıxdı. (A.S.Puşkin).
2. Müxtəlif mexanizmlərdə (məsələn, avtomobildə, təyyarədə) açılıb-bağlanan metal örtü.
Arxaizm. Hərbi. Bəzi ölkələrin ordularında və XVII əsrdən XIX əsrin birinci yarısına qədər rus ordusunda kiçik komanda heyətinə məxsus hərbi rütbə və bu rütbəni daşıyan şəxs; onbaşı. □ ..evdən çıxmaq üzrə ikən qapı açıldı; kapral içəri girib, .. qala ətrafında naməlum adamların dolaşdığını xəbər verdi. (A.S.Puşkin).
Azərbaycan dilinin izahlı lüğəti1. Yer altından çıxan mədən suyunun, yaxud qazın torpağa hopmasının, axarkən çirklənməsinin qarşısını almaq və onlardan daha səmərəli istifadə məqsədilə onların boru, quyu və s. qurğu içinə alınması.
2. Mədən suyu, qaz və s. çıxan yerin üstündə qurulan qurğu.
1. Eşitmək qabiliyyətini tamamilə və ya qismən itirmiş. □ Kar kişi. Bir qulağından kar. Anadangəlmə kar. Kar eşitməz, yaraşdırar, kor görməz, quraşdırar. (Atalar sözü).
2. İsim kimi: qulağı eşitməyən adam. □ Karın könlündəki. Kar iki dəfə gülər. (Atalar sözü). Kar özünə sərf eləyəni eşidər. (Atalar sözü).
3. Məcazi mənada: laqeyd, heç bir şey eşitmək istəməyən adam haqqında. □ Elə bil kardır, söz eşitmir. Bar vaxtı bağbanın qulaqları kar olar. (Atalar sözü).
İş, peşə, məşğələ, gəlir. □ Nə karın sahibidir? Hansı kar yiyəsidir? Kim harda doğuldu – orda da kara gəldi. (Atalar sözü).
Təsir. □ Arsıza bir sillə kar eləməz. (Atalar sözü). Dəliyə ağıl, qaraya sabun kar eləməz. (Atalar sözü).
Həmçinin bax: