Reklam
Reklam

Все словари

kam[kam] isim fars

1. Arzu, məqsəd, məram, murad. □ Neçə ildir gözümüzü Mürsəlin toyuna dikmişik, bu bizim üçün böyük kamdır... (A.Şaiq).

2. Arxaizm. Kamınca, kamımca şəklində – ürəyincə, ürəyimcə; istədiyin kimi, istədiyim kimi. □ Yüz il yaşayıb bircə gün ömrümdə fələkdən; Kamımca mədar olmasa, mən neyləyə billəm? (Ə.Vahid).

kam[kam] isim fars

Klassik ədəbiyyatda ləzzət, zövq mənalarında işlənmişdir.

Həmçinin bax:

frazeologizm: kam almaq frazeologizm: kamına çəkmək Azərbaycan dilinin izahlı lüğəti