1. Rəsmi mahiyyətdə olan hər cür yazılı sənədi olmayan. 2. Zərf kimi: kağızı, rəsmi sənədi olmadan, yaxud iltizamnaməsiz, qəbzsiz, dilindən kağız vermədən. □ ..çox adama pulu kağızsız vermişdi. (S.S.Axundov).
Bax: kaha.
Qayalıqda, dağda təbii və ya süni oyuq; mağara. □ Bədircahanın evinin sağ tərəfində, qayanın ortasında üç kaha var çox dərin. (N.Vəzirov).
Başısoyuq, tənbəl, ağırtərpənən. □ Qaragözov ayağa qalxdı: – Elə bilirsiniz ki, müalicə işinə təkcə siz kahalsınız? (Mir Cəlal).
Çoxlu kaha olan yer (qayalıq, dağ və s.).
Bax: kahıllıq.
Botanika. Yaşıl-ağımtıl yarpaqları və kökü çiy yeyilən kələməoxşar birillik tərəvəz bitkisi. □ Yavaş-yavaş dəyər, yetər ləzzətli, dadlı meyvələr; Gilasü, albalı, kahı, xoş iyli sarı heyvalar. (A.Səhhət).
Başısoyuq, tənbəl, ağırtərpənən, işə can yandırmayan.
Bax: kahıllaşmaq.
Tənbəlləşmək, atilləşmək, ağırlaşmaq.
Başısoyuqluq, tənbəllik, atillik.
Bax: kahıl.
Qədim misirlilərdə, israillilərdə qeybdən xəbər verən ruhani.
Arxaizm. Kahin kimi, qeybdən xəbər verərcəsinə.
Kahinin işi, peşəsi, qeybdən xəbər vermə iddiasında olma.