1. Qarabasma, qorxulu yuxu, dəhşətli yuxu. □ Lakin bu, yuxu deyil, kabus idi. (Ə.Əbülhəsən).
2. Kölgə. □ Küçələri, evləri taun gəzir birbəbir; Bir qara kabus kimi o hər yerə baş çəkir. (B.Vahabzadə).
3. Xəstə təxəyyüllü və ya mistikaya qapılmış adamın gözünə görünən şey, xəyalən təsəvvürə gələn surət. □ Biri kabus kimi içəri girib qapını qapadı. (S.Hüseyn).
Çar Rusiyasında qapalı orta hərbi məktəb müdavimi. □ Hələ baqidir yerində; Köhnə qaydalar, adətlər; Hələ künc-bucaq gəzir; Yunkerlər, kadetlər. (R.Rza).
1905-ci ildə çar Rusiyasında yaradılmış, imperialist burjuaziyanın başlıca partiyası olan konstitusion-demokratik partiyanın üzvü, ya tərəfdarı.
Azərbaycan dilinin izahlı lüğəti1. Kino və ya fotolentində ayrı-ayrı şəkil, səhnə. □ Kinolentində şəkil hərəkətsiz kadrlardan ibarətdir.
2. Kinofilmindən ayrıca bir səhnə, epizod.
1. Qoşun hissələrinin sülh zamanı tərxis edilməyən daimi heyəti. □ Ordu kadrları. Kadr qoşunları.
2. Hər hansı bir müəssisənin, idarənin, təşkilatın hazırlıqlı, ixtisaslı işçilərinin əsas heyəti (bu mənada adətən cəm şəklində işlənir). □ Doktor Balacayev bu rayonda illər boyu səmərəli çalışmış, Gülöyşə kimi bir çox yerli kadrlar yetişdirmişdi. (S.Rəhimov).
Həmçinin bax:
Auditoriyalarda mühazirəçi və ya natiq üçün hündür yer; xitabət kürsüsü. □ Məruzəçi yavaş-yavaş kafedraya qalxdı.
1. Ali məktəblərdə məzmunca bir-birinə yaxın olan fənlərdən dərs deyən müəllimlərin və ya tədqiqatçıların birləşməsi. □ Fizika kafedrası. Dilçilik kafedrası. Tarix kafedrası.
2. Ali məktəbdə bir fəndən, yaxud məzmunca bir-birinə yaxın fənlərdən dərs deyən və ya elmi tədqiqat işi aparan müəllim və ya tədqiqatçılar heyəti. □ Kafedra iclası.